Şəhər portfeli müsabiqəsi çərçivəsində “İqtisadi İnkişafı Dəstəkləyən Bələdiyyə Sədrləri” proqramı bələdiyyələrin transformasiya portfelinin – adaptiv öyrənmə və bələdiyyələrin üzləşdiyi mürəkkəb çağırışlara cavab vermək üçün qərar qəbuletmə mexanizminin – yaradılması və dinamik idarə edilməsi üçün seçilmiş 12 bələdiyyə ilə işləyəcək.
Şəhər infrastrukturunun fəaliyyəti çox mürəkkəb olduğundan və müxtəlif səviyyələrdə iştirakçılar və əlaqələri əhatə etdiyi üçün qrup əsas diqqəti şəhərin inkişaf etmiş iqtisadi imkanlara və, müxtəlif və yığcam formalarda, açıq düşüncəli və yüksək enerjili icmaya malik olacağı çevik, sabit və dayanıqlı şəhər məkanı yaratmaq üçün “ŞƏHƏRİN TRANSFORMASİYASI” layihəsinə yönəldəcək.
Aşağıdakılar proqramda iştirak üçün müsabiqədə istifadə olunan uyğunluq meyarlarıdır:
Bələdiyyələr Şərq Tərəfdaşlığı ölkələrindən birində yerləşməlidir:
Bələdiyyələrin “Iqtisadi Inkişafı dəstəkləyən Bələdiyyə Sədrləri" proqramının 1-ci mərhələsi çərçivəsində hazırlanmış YİİP planı olmalıdır;
Əvvəlki iş planı və proqramlarının sübutları ilə ölçülən sistemlər də daxil olmaqla, sistem səviyyəsində düşünmə imkanı haqqında anlayışın nümayişi;
Yeni yanaşmanı sınaqdan keçirilməsi üçün aydın öhdəliyin və belə bir pilot layihə üçün göstərilən maraq səviyyəsi və ayrılan vaxt ilə ölçülən yeniliklərə doğru açıq düşüncə tərzinin nümayişi;
İnnovativ yanaşmaların və vasitələrin tətbiqi ilə bağlı sübut/təcrübə ilə ölçülən innovasiya etmək üçün müvafiq bacarıq və əvvəlki layihələri həyata keçirilməsi və konkret və davamlı nəticələrə nail olunması üçün texniki və/və ya əlaqələndirmə qabiliyyəti;
Müsbət təcrübənin göstəricisi kimi əvvəlki icma inkişafı layihəsinin müsbət təsirinin sübutu;
Uğurla həyata keçirilmiş təşəbbüslərin təcrübəsi ilə nümayiş etdirildiyi kimi, inkişaf layihələrinin birgə yaradılmasına vətəndaşların cəlb edilməsi və vətəndaşların yüksək səviyyədə iştirakının təmin edilməsi sahələrində bələdiyyənin idarəetmə qabiliyyəti. Buraya birgə işin, yəni qrup işinin sübutu, tapşırığın nümayişi daxil edilə bilər
İnnovasiya və ya dizayn təfəkkürü sahəsində müəyyən təcrübənin olması üstünlük hesab edilə bilər.