Aİ və BMTİP-nin birgə təşəbbüsü olan “Iqtisadi Inkişafı dəstəkləyən Bələdiyyə Sədrləri” Proqramı müsbət transformativ dəyişikliklərə və gələcəyə hazırlığa nail olmaq üçün şəhərlərin və qəsəbələrin yenidən şəkilləndirilməsinə yönəlmiş bir təklifdir. “İqtisadi İnkişafı Dəstəkləyən Bələdiyyə Sədrləri” proqramı Şərq Tərəfdaşlığı təşəbbüsünün bir hissəsi kimi 2017-ci ildə bələdiyyələr üçün istifadəyə verilmişdir və proqramın hazırkı mərhələsi BMTİP tərəfindən həyata keçirilir.

“İqtisadi İnkişafı Dəstəkləyən Bələdiyyə Sədrləri” təşəbbüsünün üzvü olan bələdiyyələr yeni tədris və əməkdaşlıq imkanlarına malik olacaqlar.Proqrama mürəkkəb problemlərin həlli üçün layihə əsaslı yanaşmadan “seçimlər portfeli” yanaşmasına keçən yeni nəsil yerli iqtisadi inkişaf planları, həmçinin innovasiya üzrə mentorluq və qrantlar daxildir. Bütün bunlar Şəhər Tədris Mərkəzi çərçivəsində bir araya gətirilərək ictimaiyyətin istifadəsinə veriləcəkdir

Əsas məqamlar:
Əsas məqamlar:
    • Proqram Şərq Tərəfdaşlığı ölkələrində böyük və kiçik şəhərləri əhatə edir
    • 350-dən çox bələdiyyə üçün təlim, potensialın gücləndirilməsi və biliklərin mübadiləsi təklif edən bir proqramla şəhər tədris mərkəzi yaradılır.
    • Ən azı 50 bələdiyyə ilə birlikdə və onlar üçün yeni nəsil yerli iqtisadi inkişaf planları (YİİP) hazırlanacaq.
    • YİİP planlarının tətbiqinə keçid – Şəhər məkanının yenidən şəkilləndirilməsinin həyata keçirilməsi və onun araşdırılması üçün ən azı 20 bələdiyyə üçün ilkin innovasiya fondları mövcuddur.
    • “İqtisadi İnkişafı Dəstəkləyən Bələdiyyə Sədrləri” proqramı böhran şərtlərində- “İqtisadi İnkişafı Dəstəkləyən Bələdiyyə Sədrləri” proqramının böhranın qarşısının alınması, bərpa və yenilənmədə ön sıralarda olan Ukrayna və Moldova şəhər və qəsəbələrinin dəstəklənməsi üçün uyğunlaşdırılması.
    • Bələdiyyələrin transformasiyasında lider olun, fəaliyyətə başlayın